Sizin reklam burada
Sizin reklam burada

“Azərbaycan Sənaye Korporasiyası” yeni tədris ili münasibətilə şəhid övladları üçün xüsusi aksiya keçirib

“Azərbaycan Sənaye Korporasiyası” yeni tədris ili münasibətilə şəhid övladları üçün xüsusi aksiya keçirib Dövlət tərəfindən Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailələrinə göstərilən qayğı və diqqətin davamı olaraq “Azərbaycan Sənaye Korporasiyası” ASC yeni tədris ilinin başlanması münasibətilə şəhid övladları üçün xüsusi aksiya həyata keçirib.
Aksiya çərçivəsində Korporasiyanın nümayəndələri Vətənin müdafiəsi uğrunda igidlik göstərərək şəhid olmuş əsgər və zabitlərin övladları ilə görüşüblər.
Qürur və duyğulu anlarla keçən görüş zamanı aksiya iştirakçıları Böyük Qələbəni bizə bəxş edən şəhidlərimizin əmanəti olan övladlarına yeni dərs ilinin başlanması ilə əlaqədar müxtəlif dərs ləvazimatları, məktəbli geyimləri və çantalar hədiyyə ediblər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ