Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan və Rusiyanın işgüzar münasibətləri biznes iştirakçılar üçün yeni imkanlar açır - Nazir

Azərbaycan və Rusiyanın işgüzar münasibətləri biznes iştirakçılar üçün yeni imkanlar açır - Nazir Azərbaycan və Rusiyanın işgüzar münasibətləri biznes iştirakçılar üçün yeni imkanlar açır.
Bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev "Rusiya şirkətlərinin işgüzar missiyası" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycan Rusiya ilə həm sərnişin, həm də yük daşımaları sahəsində münasibətləri inkişaf etdirir:
"2020-ci il ərzində Rusiya ilə yükdaşımaların artımını 8 milyon ton səviyyəsində saxlamaq mümkün oldu. Bundan başqa, işğal eidlmiş ərazilərin azad edilməsindən sonra biz yeni reallıqlarla qarşılaşdıq. Artıq tez bir zamanda yeni nəqliyyat dəhlizləri açılacaq ki, bu da təkcə Rusiya ilə Azərbaycanın deyil, bütün regionun yük dövriyyəsinin artımına xidmət edəcək. Yük dövriyyəsinin müsvət dinamikası Azərbaycanın avtoparkının yenilənməsinə də kömək edəcək. Bugünkü gün Azərbaycanda yük avtomobillərinin 85 faizi yaşı 10-15 ildən çoxdur. Bu isə rusiyalı istehsalçılar müsbət məqamdır. Yeni avtomobillər daşımaların səmərəliliyi və sürətini artıracaq, yeni istiqamətlər və yeni iştirakçılar cəlb edəcək".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ