Sizin reklam burada
Sizin reklam burada
  • "Fənərbağça" Romelu Lukakunun transferini açıqlayıb

    Türkiyənin "Fənərbağça" klubu Romelu Lukakunun keçidini açıqlayıb.

    33 futbolçu bu gün Bakı vaxt ilə saat 23:00-da Türkiyədə olacaq.

    Ulduz hücumçu tibbi müayinədən uğurla keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.

    "Fənərbağça" İtaliyanın "Napoli" klubu ilə 6 milyon avro təzminat və əlavə bonuslar qarşılığında anlaşıb.

    Qeyd edək ki, Romelu Lukaku karyerası ərzində "Anderlext", "Çelsi", "Vest Bromviç", "Everton", "Mançester Yunayted", "İnter" və "Roma" kimi komandalarda çıxış edib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ