Sizin reklam burada
Sizin reklam burada
  • Çempionlar Liqası: “Real Madrid” “Milan”ı, “Liverpul” “Bayer”i qəbul edəcək

    Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində IV tura start veriləcək.
    İlk oyun günündə 9 görüş keçiriləcək.
    Turnirin son qalibi olan İspaniyanın “Real Madrid” komandası evdə “Milan”ı (İtaliya) qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
    Eyni saatda İngiltərə təmsilçisi “Liverpul” doğma meydanda Almaniya “Bayer”ini sınağa çəkəcək.
    UEFA Çempionlar Liqası
    Əsas mərhələ
    IV tur
    5 noyabr
    21:45. PSV (Niderland) - "Jirona" (İspaniya)
    21:45. "Slovan" (Slovakiya) - "Dinamo" (Zaqreb, Xorvatiya)
    00:00. "Real Madrid" (İspaniya) - "Milan" (İtaliya)
    00:00. "Liverpul" (İngiltərə) - "Bayer" (Almaniya)
    00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Şturm" (Avstriya)
    00:00. "Sportinq" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə)
    00:00. "Lill" (Fransa) - "Yuventus" (İtaliya)
    00:00. "Seltik" (Şotlandiya) - "Leyptsiq" (Almaniya)
    00:00. "Bolonya" (İtaliya) - "Monako" (Fransa)
    Qeyd edək ki, Çempionlar Liqasında əsas mərhələnin digər oyunları noyabrın 6-də reallaşacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ