Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan millisindən 32 ayın rekordu

    Azərbaycan millisi son 32 ayın rekorduna imza atıb.
    Yığmamız FİFA reytinqində son 2 il 8 ayda ən yüksək pilləyə qalxıb.
    Komandamız bu gün açıqlanan cədvəldə 1177,83 xalla dünyanın 112-cidir. Yığmamız sonuncu dəfə 2021-ci ilin avqustunda 112-ci sırada olub. Həmin ilin mayında isə millimiz daha yüksək - 110-cu pillədə qərarlaşıb.
    Qeyd edək ki, komandanın bu 32 aydakı ən zəif göstəricisi 2022-ci ilin martındakı 129-cu yer olub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ