Sizin reklam burada
Sizin reklam burada
  • Premyer Liqa: XXII turunda daha bir oyun keçiriləcək

    Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçiriləcək.
    "Səbail" "Kəpəz"lə üz-üzə gələcək.
    Qəbələ şəhər stadionunda gerçəkləşəcək qarşılaşma saat 15:00-da başlayacaq. Matçı Nicat İsmayıllı idarə edəcək.
    Paytaxt təmsilçisi 28 xalla 5-ci, Gəncə klubu 20 xalla 9-cu pillədə qərarlaşıb.
    Azərbaycan Premyer Liqası
    XXII tur
    12 fevral
    15:00. “Kəpəz” – “Səbail”
    Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli.
    Hakim-inspektor: Vüsal Əliyev.
    AFFA nümayəndəsi: Elman Musayev.
    Qəbələ şəhər stadionu
    Qeyd edək ki, turun ilk matçında "Qarabağ" "Sabah"la heç-heçə edib - 3:3. XXII turun digər oyunları fevralın 13-də baş tutacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ