Ağdam təmsilçisi “Sabah”ın oyunçusu Aleksey İsayevin keçidini həll edib.
Azərbaycan millisinin 28 yaşlı yarımmüdafiəçisi ilə 3,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, yeni transfer 2020-23-cü illərdə “Sabah”ın formasını geyinib. İsayev bunadək Rusiyada “Yenisey” (2014-16, 2017-18) və ”Zenit-2” (2016-18), ölkəmizdə “Sumqayıt”da (2018-20) çıxış edib.
