Sizin reklam burada
Sizin reklam burada
  • "Relax-Lerik"in yetirməsi Fuqan Əliyev qızıl medala sahib cıxdı

    "Relax-Lerik" İK -nın yetirməsi Fuqan Əliyev qızıl medala sahib cıxdı.
    Bununla əlaqədar "atributinfo.az"-a açıqlama verən Milli Məclisin Lerikdən seçilən deputatı İqbal Məmmədov qeyd etmişdir ki, 16-17 dekabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzinin yarış zalında keçirilən ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku davam edir:
    "Növbəti yarış qrupunda çəkisi 73 və 81 kq olan atletlər mübarizə aparıblar. 81 kq-da Füqan Əliyev qələbəni bayram edib. O, toplam 314 kq (140+174) nəticə ilə ən yaxın izləyicisi, toplam 307 kq (135+172) nəticə göstərən Ravin Alməmmədovu qabaqlaya bilib.
    Təbrik edirik Fuqan!
    Başda "Relax-lerik" idman kulubunun Baş məşqcisi Elvin Mirzəyev olmaqla bütun idmansevər Leriklilərimizi bu möhtəşəm idmanda qazanılan qələbəyə görə təbrik edirəm.
    Uğurlarınız davamlı olsun!"- İqbal Məmmədov demişir.

    Bəradər
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ