Muğla bölgəsinin Sarıgerme qəsəbəsində keçirilən Dünya Seriyasının final mərhələsində İbrahim Yusubov (90 kiloqram) gümüş medal qazanıb. Ramiz Həsənovla (70 kiloqram) Oyan Nəzəriani (+90 kiloqram) isə 4-cü yeri tutub.
Seriyanın 5 mərhələsinin yekununa əsasən, 90 kiloqramda hamıdan çox xal toplayan İ. Yusubov titulunu qoruyub və ardıcıl 2-ci dəfə dünya çempionu olub.
Öncəki dünya çempionatlarında qızıl və gümüş medal qazanmış Oyan Nəzəriani medal kolleksiyasını tamamlayıb və bu dəfə bürünc medala sahib çıxıb. Ramiz Həsənov (70 kq) isə yekunda 4-cü yeri tutub.
Qeyd edək ki, çimərlik güləşi üzrə millinin baş məşqçisi kimi də fəaliyyət göstərən Oyan Nəzəriani bu yarışda idmançı karyerasını başa vurub.
