Sizin reklam burada
Sizin reklam burada
  • “Qarabağ”ın legioneri Monteneqro millisinə dəvət aldı

    Atributinfo.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Marko Yankoviç növbəti dəfə Monteneqro millisinə çağırılıb.
    Yığmanın baş məşqçisi Miodraq Raduloviç AVRO-2024-ün seçmə mərhələsində Litva və Bolqarıstanla keçirəcəkləri oyunlara 28 yaşlı yarımmüdafiəçini də dəvət edib.
    “Qarabağ”ın digər monteneqrolu oyunçusu Marko Veşoviç isə zədəli olduğu üçün yığmadan kənarda qalıb.
    Qeyd edək ki, G qrupunda mübarizə aparan Monteneqro millisi sentyabrın 7-də Litva, 10-da isə Bolqarıstanla qarşılaşacaq.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ