Sizin reklam burada
Sizin reklam burada
  • Çempionlar Liqası: “Qalatasaray” Norveç klubu ilə qarşılaşacaq

    Atributinfo.az xəbər verir ki, bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.
    Ilk gündə üç görüş keçiriləcək.
    Türkiyə çempionu “Qalatasaray” Norveç təmsilçisi “Molde”ni sınağa çəkəcək. Səfərdə baş tutan ilk matçda minimal fərqlə qalib gələn İstanbul nəhənginin qrupa vəsiqə qazanmaq üçün doğma azarkeşləri önündə məğlub olmaması kifayət edəcək.
    Qeyd edək ki, mərhələnin digər oyunları avqustun 30-da keçiriləcək.
    UEFA Çempionlar Liqası
    Pley-off mərhələsi, cavab oyunları
    29 avqust

    23:00. “Qalatasaray” (Türkiyə) – “Molde” (Norveç)
    İlk oyun – 3:2

    23:00. “Panatinaikos” (Yunanıstan) – “Braqa” (Portuqaliya)
    İlk oyun – 1:2

    23:00. “Yanq Boyz” (İsveçrə) – “Makkabi” (Hayfa, İsrail)
    İlk oyun – 0:0

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ