Sizin reklam burada
Sizin reklam burada
  • Daha bir futbolçu Qətərə gedir

    Atributinfo.az xəbər verir ki, İngiltərənin “Aston Villa” klubunun futbolçusu Filippe Koutinyo karyerasını Qətərdə davam etdirə bilər.
    Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, “Əd-Duhail” onun xidmətində maraqlıdır.
    Klub braziliyalı vingerlə müqaviləni razılaşdırıb.
    Hələlik “Aston Villa” ilə razılıq əldə edilməyib. “Əd-Duhail” Birminhem təmsilçisi ilə danışıqları davam etdirir.
    Qeyd edək ki, keçən ilin yayından “Aston Villa”da çıxış edən Koutinyonun Premyer Liqa klubu ilə hələ üçillik müqaviləsi var.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ