Sizin reklam burada
Sizin reklam burada
  • Avropa Liqası: “Qarabağ” bu gün cavab oyununa çıxacaq

    Atributinfo.az xəbər verir ki, “Qarabağ” bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirəcək.
    Qurban Qurbanovun baş məşqçi olduğu komanda Finlandiyada HİK-in qonağı olacaq.
    “Bolt Arena”da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Görüşü Fransadan olan FIFA referisi Villi Delajod idarə edəcək. İlk oyunda Azərbaycan təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.
    UEFA Avropa Liqası, III təsnifat mərhələsi
    Cavab oyunu
    20:00. HİK - “Qarabağ”
    Baş hakim. Villi Delajod (Fransa)
    Helsinki. “Bolt Arena”
    Qeyd edək ki, cütün qalibi növbəti raundda Sloveniya çempionu “Olimpiya” ilə üz-üzə gələcək.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ