Sizin reklam burada
Sizin reklam burada
  • Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında ilk kuboku qazanıb

    Atributinfo.az xəbər verir ki, “Əl-Nasr” Ərəb Çempionlar Kubokunun final oyununda “Əl-Hilal”ı məğlub edib.
    Taifdəki Kral Fəhd Beynəlxalq Stadionunda keçirilən görüş əlavə vaxtdan sonra 2:1 hesabı ilə başa çatıb. “Əl-Nasr”ın hücumçusu Kriştiano Ronaldo iki dəfə fərqlənib.
    Bununla Ronaldo “Əl-Nəsr” klubunda ilk kuboku qazanıb.
    Ümumilikdə Ronaldonun klub səviyyəsində 30 kuboku var.
    Ötən mövsüm “Əl-Nəsr” liqanı “Əl-İttihad”dan sonra ikinci yerdə tamamlayıb.
    Ronaldonun son Avropa klubu İngiltərənin "Mançester Yunayted"i olub.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ