Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan Premyer Liqasında II tura start verilir

    Atributinfo.az xəbər verir ki, Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start veriləcək.
    İlk oyun günündə iki qarşılaşma baş tutacaq.
    Turun açılış matçında “Qəbələ” “Dalğa Arena”da “Araz-Naxçıvan”ın qonağı olacaq. Saat 18:00-da başlayacaq qarşılaşmanın baş hakimi Fərid Hacıyev olacaq.
    Hazırda xalı olmayan komandalar 9-10-cu pillələrdə qərarlaşıblar.
    Günün digər oyununda isə “Zirə” evdə “Kəpəz”lə qarşılaşacaq. Kamal Umudlunun idarə edəcəyi görüş saat 21:00-da start götürəcək.
    İlk turdan sonra hərəyə üç xalı olan komandalar 4-5-ci yerləri bölüşdürürlər.
    Azərbaycan Premyer Liqası
    II tur
    12 avqust (şənbə)
    18:00. “Araz-Naxçıvan” - “Qəbələ”
    Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Vüsal Məmmədov, Əli Əliyev
    VAR: Kamranbəy Rəhimov
    AVAR: Cavid Cəlilov
    Hakim-inspektor: Ramil Diniyev
    AFFA nümayəndəsi: Yavər Rəhimov
    “Dalğa Arena”
    21:00. “Zirə” - “Kəpəz”
    Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Asiman Əzizli, Vüqar Həsənli
    VAR: Əliyar Ağayev
    AVAR: Zeynal Zeynalov
    Hakim-inspektor: İmanxan Sultani
    AFFA nümayəndəsi: Elman Musayev
    Zirə İdman Kompleksinin stadionu, 21:00
    Qeyd edək ki, turun “Qarabağ” - “Turan Tovuz” və “Sumqayıt” – “Sabah” görüşləri avqustun 13-də, “Neftçi” - “Səbail” matçı isə avqustun 14-də baş tutacaq.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ