Sizin reklam burada
Sizin reklam burada
  • “Qəbələ” klubu İsrail millisinin hücumçusunu transfer edib

    Atributinfo.az xəbər verir ki, 2023-2024-cü illər mövsümünün hazırlığını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.
    Komanda Osama Xalaylanın transferini reallaşdırıb. İyirmi beş yaşlı israilli hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
    Osama peşəkar karyerasına “Bney Saxnin”də başlayıb. 2017-2021-ci illərdə bu klubda çıxış etdikdən sonra forvard Təl-Əviv “Makkabi”sinə keçib. O, ötən ilin yayında Bney Reyneh “Makkabi”sinə icarəyə verilib.
    İsrailin U-18, U-19 və U-21 yığmalarında oynamış Osama əsas millidə də forma geyinib. O, 2021-ci ildə bu komandada debüt edib.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ