Sizin reklam burada
Sizin reklam burada
  • Güllə atıcılarımız lll Avropa oyunlarında təsnifat mərhələsində çıxış ediblər

    Atributinfo.az xəbər verir ki, Polşada keçirilən III Avropa Oyunlarında atıcılıq yarışları davam edir.
    Tapançadan 25 metr məsafəyə atəşaçma yarışlarında kişi snayperlərin mübarizəsi start götürüb.
    Azərbaycan təmsilçisi Ruslan Lunyov da çıxış edib. O, 300 mümkün xaldan 292-ni toplayıb. İdmançımız ilk günü 6-cı yerdə başa vurub.
    30 idmançı arasında Aydan Camalova 75 hədəfdən 68-ni dəqiq nişan almaqla 18-ci, Ülviyyə Eyvazova isə 64 dəqiq atəşlə 26-cı yeri tutub.
    Qadın atıcılar iyunun 30-da təsnifat mərhələsinin ikinci günündə mübarizə aparacaqlar.
    Qeyd edək ki, təsnifat mərhələsinə iyunun 30-da yekun vurulacaq.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ