X.Əliyev (67 kq) polşalı Oskar Siqert ilə qarşılaşıb. Üçüncü raundda nokdauna düşən idmançımız mübarizəni dayandırıb. O, Avropa Oyunlarının bürünc mükafatını qazanıb.
Yarışda daha iki idmançımız rinqə çıxacaq. Aysun Dərvişovanın (57 kq) rəqibi İsveç təmsilçisi Patrisiya Axlinq olacaq.
Emiliya Rzayeva (63,5 kq) isə həlledici döyüşə vəsiqə uğrunda Tereza Steçova (Çexiya) üzərində qələbə qazanmalıdır.
Məğlub olanlar bürünc qazanacaq. Qaliblərin iştirak edəcəyi final döyüşləri sabah keçiriləcək.
/atributinfo.az/
