Skit növündə Regina Meftahəddinova 75 hədəfdən 70-ni dəqiq nişan alıb. Nurlana Cəfərova isə 75-dən 67 hədəfi dəqiq vurmağı bacarıb.
Sabah təsnifatın ikinci günündə daha iki dövrədə mübarizə davam edəcək. İlk səkkiz pillədə qərarlaşacaq idmançılar finala vəsiqə qazanacaq.
Qeyd edək ki, 10 m məsafəyə pnevmatik tapançadan atəş açmada isə Nərminə Səmədova, Nigar Nəsirova və Nəzrin Abbaslıdan ibarət komanda qüvvəsini sınayıb. 826 xal toplayan yığma finaldan kənarda qalıb.
/atributinfo.az/
