Atributinfo.az xəbər verir ki, yarışa Beyləqan Şəhər İcra Hakimiyyətinin qarşısından start verilib. Sonuncu mərhələdə idmançılar Beyləqan-Şuşa marşrutu üzrə hərəkət ediblər. Ümumilikdə, velosipedçilər 132,2 kilometr məsafə qət ediblər.
Sonuncu mərhələnin nəticələrinə görə, birinci yeri İtaliyanın “Team Technipes İnemiliaromagna” komandasının velosipedçisi Emanuele Ansaloni, ikinci yeri Rumıniya komandasının üzvü Kristian Raileano, üçüncü yeri isə İtaliyanın “Team Technipes İnemiliaromagna” komandasının velosipedçisi Nessler Martin tutub.
/atributinfo.az/
