Formula 1 İspaniya Qran-Prisinin qalibi Maks Ferstappen olub
İdman
4-06-2023, 20:58
177
Atributinfo.az xəbər verir ki, iyunun 4-də “Red Bull” komandasından hollandiyalı pilotu Maks Ferstappen Formula 1 üzrə dünya çempionatının yeddinci turu olan İspaniya Qran-Prisinin qalibi olub. İkinci yeri "Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton, üçüncü yeri isə onun həmyerlisi və komanda yoldaşı Corc Rassel tutub. Qeyd edək ki, Qran Prinin növbəti mərhələsi iyunun 16-18-də Monrealda keçiriləcək.