Sizin reklam burada
Sizin reklam burada
  • Saatlıda Respublika yarışlarının rayon mərhələsi keçirilmişdir

    Bu gün-12 aprel 2023-cü il tarixdə Saatlı Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin birgə təsdiq etdikləri Əsasnaməyə əsasən Saatlı rayon Gənclər və İdman İdarəsi və Saatlı rayon Polis Şöbəsi və Mil-Muğan regional təhsil idarəsinin Saatlı rayon sektorunun birgə təşkilatçılığı ilə “Sağlam bədəndə, sağlam ruh” devizi altında yeniyetmə və gənclər arasında kross qaçışı və turnikdə dartınma üzrə respublika yarışlarının rayon mərhələsi keçirilmişdir.
    "Atributinfo.az" xəbər verir ki, yarışdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Açılış mərasimində Saatlı rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov, Daxili İşlər Nazirliyinin Dinamo İdman Cəmiyyətinin fiziki hazırlıq şöbəsinin inspektoru, polis baş leytenantı Xudayar Kərimov çıxış edərək bildirdilər ki, gənclər arasında sağlam həyat tərzinin təbliği, onların Daxili İşlər Nazirliyi sistemində xidmətə həvəsləndirilməsində belə yarışlar mühüm əhəmiyyət kəsb edir. Çıxışçılar belə yarışların rayonda idmanın kütləviliyinin artmasına böyük təkan verdiyini dilə gətirdilər. Çıxışlardan sonra 14-17 yaşlı yeniyetmələr və 20-25 yaşlı gənclər yarışların proqramında müəyyən olunmuş marşrut üzrə 1000 m məsafəyə kross qaçışı və turnikdə dartınma ilə çıxış etdilər. Yarışda 34 yeniyetmə və 23 gənc iştirak edirdi.
    Yarışın sonunda hər bir hərəkət üzrə I, II və III yerləri tutmuş idmançılar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti tərəfindən müvafiq diplom, medal və qiymətli hədiyyələrlə təltif olundular.

    Bəradər
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ