Sizin reklam burada
Sizin reklam burada
  • Messi FİFA tərəfindən ilin ən yaxşı oyunçusu seçilib

    Argentinalı hücumçu Lionel Messi Beynəlxalq Futbol Federasiyası (FİFA) tərəfindən 2022-ci ilin ən yaxşı futbolçu seçilib.
    Mükafatlandırma mərasimi Parisdə keçirilir.
    2022-ci ildə L.Messi Argentina milli komandası ilə dünya çempionatının və Finalissimanın (Avropa çempionu ilə Amerika Kubokunun qalibi arasında matç) qalibi oldu. "Pari Sen-Jermen"in heyətində 35 yaşlı argentinalı futbolçu Fransa çempionatının və ölkə Superkubokunun qalibi olub. L.Messi daha əvvəl 2019-cu ilin sonunda oxşar FİFA mükafatını almışdı.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ