Sizin reklam burada
Sizin reklam burada
  • Runi Mbappeyə İngiltərə Premyer Liqasının klubuna keçməyi məsləhət görüb

    "Mançester Yunayted"in və İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi fransalı hücumçu Kilian Mbappeyə PSJ-dən ayrılmağı məsləhət görüb.
    U.Runinin sözlərini "BeSoccer" portalı paylaşıb.
    "Düşünürəm ki, Kilian öz klubunu tərk edib İngiltərə Premyer Liqasının komandasına getməlidir. PSJ böyük klubdur, amma məncə, onlar Liqa 1-də zirvəyə çatıblar", - deyə U.Runi bildirib.
    Onun fikrincə, hücumçu Lionel Messi və Kriştianu Ronaldu səviyyəsinə çatmaq üçün "Mançester Yunayted" və ya "Real Madridə" getməlidir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ