Son illərdə Azərbaycan Gimnastika Federasiyası bu sahənin təbliği, yeni istedadların üzə çıxarılması üçün çox işlər görüb.
Belə istedadlı yeniyetmələrdən biri də 2011-ci il təvəllüdlü Xədicə Şəhriyar qızı Əliyevadır.
QAC Sumqayit şəhər bölməsinin sədri Mətanət Məhərrəmova bizimlə söhbəti zamanı sevimli nəvəsi haqqına ürəkdolusu danışdıı. Qeyd etdi ki, Xədicə Sumqayıt şəhəri 31 saylı tam orta məktəbdə təhsil alır. 3 yaşından gimnastikaya həvəsi göstərib. Valideynləri isə bunu uşaq həvəsi hesab edirdilər. Onun plastikasını, çevikliklə etdiyi qeyri-adi hərəkətləri müşahidə etdikcə, doğrudan da, xüsusi istedada malik olduğunu gördük. Xədicə evdə,qonaq getdiyi yerdə, bir sözlə hər yerdə bu idman hərəkətlərini göstərməklə bunun kecici həvəs olmadığını sübut etdi. 6 yaşında ata-anası onunla məşğul olmaq üçün Bədii Gimnastika üzrə Sumqayıt olimpiya idman kompleksinə müraciət etdi. Xədicə burada öz calışqanlığı ilə digər uşaqlardan secildi. Beləliklə, məşqcisi Fatimə Qurbanova Xədicəni də respublika, beynəlxalq yarışlarda iştirak ücün aparırdı.
O, müəllim və valideynlərinin ümidlərini qısa müddətdə doğruldaraq, müxtəlif uğurlara imza atdı. Dəfələrlə müxtəlif yarışlarda yüksək yerə layiq görüldü.
2021-ci ilin fevral ayında 2011 yaş kateqoriyası üzrə Qradiya Online Kuboku üzrə Diplom alıb, 2022-ci ilin fevral ayında isə Meksikada kecirilən Beynəlxalq online Dostluq kuboku yarışında I yerə çıxdı.
Bu ilin 5 iyulda Şağan İdman Kompleksində kecirilən Bədii Gimnastika üzrə 4-cü Açıq Birinciliyində II yeri tutdu.
Həmçinin 25-27 noyabrda Milli Gimnastika Atenasında kecirilən I Beynəlxalq Ocaq Cup yarışında 2011-ci il təvəllüdlü gimnastlar üzrə III yerə layiq görüldü.
Xədicə deyir ki, Avropa və Dünya cempionları əkiz Dina və Arina Averina bacılarının oyunları çox xoşuma gəlir. Amma elə kumirim yoxdu ki, deyim mən ona bənzəmək istəyirəm. Arzulayıram ki, Azərbaycanın, Sumqayıtın gimnastı kimi bayrağımızı ucalara qaldırım və dövlət himnimiz beynəlxalq arenalarda səslənsin.
Xədicəni hələ daha böyük uğurlar gözləyir. İnanırıq ki, yeniyetmə idmançımız qarşısına qoyduğu bütün məqsədlərinə nail olacaqdır.
İlhamə Məhəmmədqızı
