
Bu barədə mənbələrə istinadən "La Gazzetta dello Sport" qəzeti məlumat yayıb.
Məlumata əsasən, bu qərar kollegiyanın növbədənkənar iclasında qəbul edilib. Öz vəzifələrini klubun prezident Andrea Anelli, vitse-prezidenti Pavel Nedved, baş icraçı direktoru Mauritsio Arrivabene və idarə heyətinin daha 7 üzvü tərk ediblər.
Bu qərarın verilməsinə səbəb kimi isə büdcənin təsdiqi ilə bağlı hesabat pozuntuları və bundan irəli gələn problemlərin araşdırılması göstərilir.