Sizin reklam burada
Sizin reklam burada
  • UEFA Millətlər Liqası: İspaniya millisi pley-off mərhələsinə vəsiqə qazanıb

    UEFA Millətlər Liqası: İspaniya millisi pley-off mərhələsinə vəsiqə qazanıb Futbol üzrə İspaniya millisi Millətlər Liqasının A divizionunun 2-ci qrupunun qrup mərhələsinin altıncı turunda Portuqaliya yığmasını səfərdə 1:0 hesabı ilə məğlub edib.
    Görüş sentyabrın 27-də Braqada keçirilib. Qolu 88-ci dəqiqədə Alvaro Morata vurub.
    İspaniya komandası 11 xalla qrupda birinci, Portuqaliya millisi ikinci (10), İsveçrə komandası üçüncü (9), Çexiya komandası turnir cədvəlində dördüncü olub (4). İspaniya yığması pley-off mərhələsinə vəsiqə qazanıb.
    Millətlər Liqasının pley-off mərhələsi 2023-cü il iyunun 14-dən 18-dək keçiriləcək.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ