Bunu "Liverpul"un Misirli futbolçusu Mohammed Salah bildirib.
O, qeyd edib ki, "Real" bu turnirin finalında artıq bir dəfə "Liverpula" qalib gəlib.
"Gəlin yenidən qarşılaşaq. Bu gün bizim soyunub-geyinmə otağımızda hamı sevinclidir. Bu gün biz bayram edirik, lakin artıq sabah biz toparlanacağıq", - M. Salah bildirib.
Xatırladaq ki, UEFA Çempionlar Liqası 2017/18 mövsümündə Kiyevdə baş tutmuş final qarşılaşmasında "Real Madrid" "Liverpulu" 3:1 hesabı ilə məğlub etmişdir. Həmin görüşdə Mohammed Salah zədələnərək vaxtından əvvəl meydanı tərk etmişdir.
Qeyd edək ki, "mersisaydlılar" bu gün Çempionlar Liqasının ikinci yarımfinal görüşü çərçivəsində İspaniyanın "Vilyarreal" klubunu 3:2 hesabı ilə üstələyərək finala vəsiqə qazanıblar.
