Sizin reklam burada
Sizin reklam burada
  • "Qalatasaray" sabiq futbolçusunu qaytardı

    "Qalatasaray" sabiq futbolçusunu qaytardı "Qalatasaray" "Rizəspor"un yarımmüdafiəçisi Oğulcan Çağlayanı heyətinə qatıb.
    Rizə klubu ilə müqavilə müddəti başa çatan 24 yaşlı hücumameyilli oyunçu "cim-bom"a havayı başa gəlib.
    "Sarı-qırmızılılar" rəsmi sayt vasitəsilə Oğulcanla 4 illik saziş imzalandığını açıqlayıb. Bu müddət ərzində futbolçu ümumilikdə 18 milyon lirə qazanc əldə edəcək. Çağlayan keçidlə bağlı təəssüratlarını bölüşüb və 2013-cü ildə ikinci komandasında oynadığı "Qalatasaray"a döndüyü üçün xoşbəxt olduğunu söyləyib.
    Qeyd edək ki, Oğulcan Çağlayan 2016-cı ildən bəri "Rizəspor"un formasını geyinib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ