Sizin reklam burada
Sizin reklam burada
  • Karateçilərimiz Şanxayda Karate1 Premyer Liqa turnirində 2 medal qazanıblar

    Karateçilərimiz Şanxayda Karate1 Premyer Liqa turnirində 2 medal qazanıblar Karateçilərimiz Çinin Şanxay şəhərində Karate1 Premyer Liqa turnirində 2 medal qazanıblar.
    Azərbaycan Milli Karate Federasiyasından verilən məlumata görə, Firdovsi Fərzəliyev (-60 kq) və Pənah Abdullayev (-84 kq) mötəbər turnirdə 3-cü yeri tutmaqla, müxtəlif reytinq cədvəllərində mövqelərini də möhkəmlədiblər. Dünya Karate Federasiyasının (WKF) rəsmi yarışlarından olan Karate1 Premyer Liqası mövsümünün 4-cü mərhələsində 76 ölkədən 543 idmançı iştirak edib.
    Yarışdan əvvəl müxtəlif ölkələrdə təlim-məşqlərə qatılan milli komandanın üzvləri 11 iyunda Bakıya dönüb 2-ci Avropa Oyunlarına hazırlıqları davam etdirəcəklər.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ