Sizin reklam burada
Sizin reklam burada
  • Joze Mourinyo 3,3 milyon avro cərimə edilib

    Joze Mourinyo 3,3 milyon avro cərimə edilib Portuqaliyalı futbol məşqçisi Joze Mourinyo İspaniyada vergidən yayındığına görə 3,3 milyon avro cərimə edilib.
    Portuqaliyalı mütəxəssis 2011-ci ildə 1,6 milyon, 2012-ci ildə isə 1,7 milyon olmaqla ümumilikdə 3,3 milyon avro vergi ödəməkdən boyun qaçırıb.
    Qeyd edək ki, 2018-ci ilin iyulunda J.Mourinyo vergi orqanlarına 400 min avro ödəyib.
    O, məşqçilik karyerası ərzində Portuqaliyanın "Portu”, İtaliyanın "İnter”, İngiltərənin "Çelsi” və "Mançester Yunayted”, həmçinin İspaniyanın "Real” komandalarını çalışdırıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ