Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan-İran sərhədində daha bir zəlzələ baş verib

    Azərbaycan-İran sərhədində zəlzələ qeydə alınıb.
    Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
    Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Yardımlı stansiyasından 16 km şimalda, Azərbaycanla-İran sərhədində (İran ərazisində) saat 03:53-də 3,6 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ Yardımlı, Cəlilabad rayonlarında 3 baldan artıq hiss olunub. Zəlzələ ocağı 25 kilometr dərinlikdə yerləşib. Zəlzələ Yardımlı və Cəlilabad rayonlarında 3 baldan artıq hiss olunub.
    Qeyd edək ki, eyni ərazidə yanvarın 6-da saat 23:22-də 3,6 maqnitudalı zəlzələ qeydə alınıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ