Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, “VAZ 2104” markalı avtomobilin sürücüsü Elçin Abdullayev və “VAZ 2106”nın sürücüsü Cavid Yusifov yol hərəkəti qaydalarını pozduqları üçün onlara “saxla” işarəsi verilib. Yoxlama zamanı sürücülərin narkotik vasitə qəbul etmələrinə dair şübhə yarandığından onlar tibbi müayinədən keçiriliblər. Müayinənin nəticəsinə əsasən hər ikisinin narkotik vasitə, marixuana istifadə etdikləri məlum olub. Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Xəbəri sosial şəbəkələrdə paylaşın
