Sizin reklam burada
Sizin reklam burada
  • İmişlidə avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var

    İmişli rayonunda minik avtomobilinin işıq dirəyinə çırpılması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    Hadisə bu gün saat 18 radələrində İmişli-Qaravəlli-Mirili avtomobil yolunun Cavadxanlı kəndi ərazisində qeydə alınıb. “VAZ-21015” markalı minik avtomobili idarəetmədən çıxaraq dirəyə çırpılıb. Hadisə zamanı xəsarət alan iki nəfər - Abbasov Ümüd Namiq oğlu və Fətullayev Orxan Vüqar oğlu İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
    Faktla bağlı araşdırma aparılır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ