Sizin reklam burada
Sizin reklam burada
  • DİN: Ötən gün 61 cinayətin üstünün açılması təmin olunub

    Ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
    DİN-in mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 152, o cümlədən borclu şəxs qismində axtarışda olan 124 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.
    Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ