Sizin reklam burada
Sizin reklam burada
  • Lerikdə körpünü sel aparıb

    Lerik rayonunu Yardımlı rayonu ilə birləşdirən yolun üzərindəki yeganə körpünü sel aparıb.
    İki gündür yağan leysan yağışları körpünün uçmasına səbəb olub.
    Belə ki, Ağqışlaq və Şingədulan kəndləri ərazisində, Ağçay çayı üzərində beton konstruksiyalı və dəmir borularla salınan körpünün uçması nəticəsində həmin kəndlərin sakinlərinin Masallı rayonu ilə əlaqəsi tamamilə kəsilib.
    Qeyd edək ki, aprelin 12-si saat 10:00-a olan məlumata əsasən Azərbaycanın bəzi yerlərində hava şəraiti arabir yağıntılı olub. Lerikə düşən yağıntının miqdarı 23 mm-dək olub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ