Naxçıvanda dumanlı hava qəzaya səbəb olub - Ölən var
Hadisə
18-12-2023, 11:38
236
Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Cəhri qəsəbəsində olub. Belə ki, minik maşını yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı sürücü - İmanov Xaliq Eldar oğlu vəfat edib. Qəzanın havanın dumanlı olması səbəbindən baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.