Sizin reklam burada
Sizin reklam burada
  • Füzulidə 2 nəfər minaya düşdü, biri həlak oldu

    Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2023-cü il 13 oktyabr tarixində Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.
    ANAMA-dan verilən məlumatda bildirilib ki, ilkin məlumata əsasən tank əleyhinə mina partlayışı nəticəsində Qazel markalı maşının sürücüsü 1987-ci il təvəllüdlü Əbilov Familİlyas oğlu həlak olub, Kamaz tipli yük maşınının sürücüsü 2000-ci il təvəllüdlü Bayramov Namaz Nəbadi oğlu xəsarət alıb.
    ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırır!

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ