Sizin reklam burada
Sizin reklam burada
  • Sumqayıtda mənzildə partlayış olub, xəsarət alanlar var

    Sumqayıtda mənzildə partlayış olub, xəsarət alanlar var Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.
    Nazirlikdən verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
    Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 47m² olan ikiotaqlı mənzildə, ilkin ehtimala görə, təmir işləri aparılan zaman təhlükəsizlik qaydalarının pozulması nəticəsində partlayışın baş verdiyi müəyyən olunub.
    Hadisə nəticəsində mənzilin bir otağının döşəməsi qismən yanıb, partlayış dalğasının təsirindən 1 otağın pəncərə çərçivəsi yerindən çıxıb, mənzilə ziyan dəyib. Hadisə zamanı mənzilin sahibi 1978-ci il təvəllüdlü Əliyev Vitalik Qalyeviç və 1982-ci il təvəllüdlü Əliyeva Səbinə Talıb qızı müxtəlif dərəcəli xəsarətlər alıb.
    FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
    Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ