Atributinfo.az xəbər verir ki, Şabran şəhərində ümumi sahəsi 160 m² (hər mərtəbəsi 80 m²) olan ikimərtəbəli, istifadəyə yararsız vəziyyətdə olan, taxta konstruksiyalardan ibarət inzibati bina yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.