Sizin reklam burada
Sizin reklam burada
  • Bakıda 26 yaşlı oğlan bıçaqlanıb

    Bakıda 26 yaşlı oğlan bıçaqlanıb Atributinfo.az xəbər verir ki, sentyabrın 24-ü saat 07 radələrində 1997-ci il təvəllüdlü Tərlan Mədətovun ölməsi barədə Nəsimi rayon prokurorluğuna məlumat daxil olub.
    Nəsimi Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı 1999-cu il təvəllüdlü Səhrab Məlikovun Nəsimi rayonu, M.Qaşqay kücəsində yerləşən evdə tanışı Tərlan Mədətovu bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
    Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Səhrab Məlikov şübhəli şəxs qismində tutulub.
    Hazırda ibtidai istintaq davam etdirilir.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ