Atributinfo.az xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində quru otluq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Yanğınsöndürmə işlərinə "Azərbaycan Dəmir Yolları" QSC-nin yanğınsöndürmə qatarı da cəlb olunub.