Sizin reklam burada
Sizin reklam burada
  • Qaxda dərəyə yıxılaraq köməksiz vəziyyətdə qalan şəxs təxliyə edilib

    Atributinfo.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qax rayonu, İlisu kəndində 1 nəfərin qayalıq ərazidən dərəyə yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
    Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb edilib.
    Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1993-cü il təvəllüdlü Abdullazadə Mirzə Zəfər oğlu qayalıq ərazidən dərinliyi təxminən 10 metr olan dərəyə yıxılaraq təhlükəli vəziyyətdə qalıb.
    Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən xüsusi xilasetmə əməliyyatı sayəsində vətəndaş dərədən çıxarılaraq xilas edilib və təcili tibbi yardım briqadasına təhvil verilib.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ