Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Yevlax şəhərində yarımstansiyanın ərazisində ümumi sahəsi 60 m² olan tikilinin içərisində paylayıcı qurğunun 1 ədəd açarı, 10 p.m kabel və 1 ədəd dayaq izolyasiyası yanıb. Yarımstansiyanın qalan hissəsi və digər dayaq izolyasiyaları yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
/atributinfo.az/
