Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı Kür çayının rayonun Bıçaqçı kəndi ərazisindən keçən hissəsinin sahilində yabanı halda bitən, ümumi çəkisi 1 ton 457 kiloqram olan 1965 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Faktla bağlı Zərdab RPŞ-də araşdırmalar davam etdirilir.
/atributinfo.az/
