Sizin reklam burada
Sizin reklam burada
  • Paytaxtda xanımları fahişəliyə cəlb edən qadına cinayət işi açıldı

    Bakının Xətai rayonunda həmçinsini fahişəliyə cəlb etməkdə ittiham olunan qadına cinayət işi açılıb.
    Atributinfo.az xəbər verir ki, Bakı şəhər sakini Könül Nəcəfovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.
    Könül Nəcəfovanın rayon ərazisində bir qadını kişi müştəri ilə görüşməsini təşkil edib. Bunun müqabilində maddi gəlir əldə edib.
    Könül Cəfərovanın barəsində olan cinayət işi baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib.
    İş araşdırılması üçün hakim Rəfail Sadıxovun icraatına verilib.
    Yaxın günlərdə məhkəmə başlanacaq.
    Qeyd edək ki, Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirli bilinən şəxsin əməli məhkəmədə sübuta yetirilsə, o zaman həmin şəxs iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ