Sizin reklam burada
Sizin reklam burada
  • Bakıda ananın iki övladı ilə özünü binadan atması barədə cinayət işi başlanıb

    Bakıda ananın iki övladı ilə özünü binadan atması barədə cinayət işi başlanıb Bakıda ana və iki övladını binadan atması ilə bağlı cinayət işi başlanıb.
    Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci(özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, istintaq gedir.
    Xatırladaq ki, hadisə Bakının Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində baş verib. 1997-ci il təvəllüdlü Abbasova Aytən Maarif qızı iki azyaşlı övladı, 2018-ci il təvəllüdlü Abbasova Sofiya Suslan qızı və 2019-cu il təvəllüdlü Abbasova Sara Suslan qızı ilə birgə binanın beşinci mərtəbəsindən özünü atıb.
    Hadisə nəticəsində 3 yaşlı Sara Abbasova ölüb. Ana və onun 4 yaşlı övladı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ