Sizin reklam burada
Sizin reklam burada

Sumqayıtda zavodda partlayış olub, ölən var

Sumqayıtda zavodda partlayış olub, ölən var Sumqayıtda zavodda partlayış olub.
Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, mayın 4-ü saat 15 radələrində Sumqayıt şəhərində yerləşən metaləritmə zavodunda qaynaqçı işləyən 1990-cı il təvəllüdlü Sərxan Hümmətovun iş yerində xəsarət alması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Sərxan Hümmətov zavodda qaynaq işləri görərəkən propan qaz balonunun partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış və çatdırıldığı xəstəxanada ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ