Sizin reklam burada
Sizin reklam burada
  • Evlərdən oğurluq edən Masallı sakini saxlanılıb

    Evlərdən oğurluq edən Masallı sakini saxlanılıb Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 yaşayış evindən oğurluq edən rayon sakini saxlanılıb.
    DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Bədəlan kəndi ərazisindəki evlərdən birindən 1800 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Hafis Paşayev saxlanılıb. Ətrafında aparılan əməliyyat-axtarış tədbirləri ilə onun digər oğurluq əməllərinin də üstü açılıb. Belə ki, H.Paşayevin müxtəlif vaxtlarda Masallı rayonu ərazisindəki daha 3 yaşayış evindən məişət əşyaları oğurladığı müəyyən edilib. Oğurlanan əşyaların bir qismi onun gizlətdiyi yerdən aşkarlanaraq maddi sübut kimi götürülüb.
    Faktlarla bağlı araşdırma aparılır

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ