![]()
İsrail Müdafiə Qüvvələri Qəzza zolağına endirilən hava zərbələri nəticəsində HƏMAS-ın iki yüksəkvəzifəli üzvünün öldürüldüyünü açıqlayıb.
Öldürülən komandirlərin biri HƏMAS-ın xüsusi təyinatlı bölmələrinin hazırlığına rəhbərlik edib.
İsrail ordusu hər iki şəxsin atəşkəs razılaşmasını pozaraq İsrail qüvvələrinə və mülki əhaliyə qarşı hücumlar planlaşdırdığını iddia edib.
